Bakıda tutulan Azərbaycan mafiyasının lideri Rusiyaya verildi  - VİDEO
15 noyabr 2023 15:43 (UTC +04:00)

Bakıda tutulan Azərbaycan mafiyasının lideri Rusiyaya verildi - VİDEO

Bakıda saxlanılan “Azərbaycan mafiyası”nın lideri 17 yaşlı Tural Məmmədov Rusiyaya ektradisiya edilib.

Lent.az bu barədə Rusiya teleqram kanallarına istinadla bildirir. Məlumata görə, o, hazırda istintaq təcridxanasında saxlanılır.

Onun barəsində xuliqanlıq, nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətlərlə əlaqədar ittiham elan olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl T. Məmmədovun Bakıda saxlanılması barədə xəbər vermişdik.

O, Rusiyanın Sankt-Peterburq şəhərində özlərini “Azərbaycan mafiyası” adlandıran yeniyetmələrdən ibarət dəstənin lideri olub. Dəstə üzvləri şəhər ərazisində yeniyetmələri döyərək videosunu sosial şəbəkədə paylaşıblar. Yerli polisin keçirdiyi əməliyyatlar nəticəsində dəstə üzvləri saxlanılsa da, T. Məmmədov ölkədən qaçmağı bacarmışdı. Buna görə də, Rusiya hüquq-mühafizə orqanları onun barəsində beynəlxalq axtarış qərarı vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9294
avatar

Mehman Nəbiyev

Oxşar yazılar