Bakıda avtotəmir sexində narkotik qəbul edənlər həbs edilib.
Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində avtotəmir sexlərinin birində bir neçə nəfərin qrup şəklində narkotik qəbul etməsi faktı aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə həmin sexin ustası, habelə daha 3 nəfər saxlanılıb.
Saxlanılanlar arasında yetkinlik yaşına çatmayan qız da var. Həmin qızın kimsəsiz uşaqlar evində böyüdüyü bildirilir.
Məhkəmənin qərarı ilə onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə) maddəsilə bir neçə sutkalıq həbs ediliblər.