Bakıda şort geyindiyi üçün anasını qətlə yetirən HAKİM QARŞISINDA
24 noyabr 2025 12:16 (UTC +04:00)

Bakıda şort geyindiyi üçün anasını qətlə yetirən HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə anasını qətlə yetirməkdə təqsirləndirilən A. Q-nın cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə ilk olaraq anket məlumatlarını dəqiqləşdirib. Dövlət ittihamçısı işin məhkəmə baxışına təyin edilməsi və həbs qətimkan tədbirinin dəyişdirlməməsini məhkəmədən istəyib. 

Müşavirədən qayıdan məhkəmə tərkibi işin məhkəmə baxışına verilməsi və  növbəti prosesin 3 dekabr saat 12:15-ə  təyin edilməsi barədə qərar verdi.

Xatırladaq ki, həyat yoldaşından ayrılan 1989-cu il təvəllüdlü Ə. Q. yeniyetmə oğlu 2009-cu il təvəllüdlü A. Q ilə 2025-ci ilin avqustunda Türkiyədən Bakıya gəliblər.

Onlar birgünlük ''Bakı Beynəlxalq Avtovağzal Kompleksi''nin daxilində yerləşən hoteldə gecələməli olublar. A. Q. anasına Türkiyədə geyindiyi qısa ətək və şortlarını Bakıda da geyinməsinə icazə verməyib. Bu zaman onlar arasında mübahisə yaranıb. A. Q. oteldə  anası Ə. Q. bıçaqla bir neçə dəfə zərbələr endirərək onu qətlə yetirib. Faktla bağlı cinayət işi qaldırılmış, A.Q. qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülmüşdür.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar