Bakıda saxlanılan silahlı şəxslərdən narkotik tapıldı -  FOTOLENT
04 fevral 2021 14:15 (UTC +04:00)

Bakıda saxlanılan silahlı şəxslərdən narkotik tapıldı - FOTOLENT

Bakının Nərimanov rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Emil Məmmədov saxlanılıb.

DİN mtəbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 33 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə E.Məmmədovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 3 kiloqram 290 qram heroin, 1 kiloqram 322 qrama yaxın metamfetamin və 240 qram marixuana götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Emil Məmmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.

Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə paytaxt sakini Eldar Useynov saxlanılıb. Onun üzərinə və idarə etdiyi minik maşınına baxış zamanı ümumi çəkisi 25 qrama yaxın olan narkotik vasitə heroin, 1 ədəd “Borxard-Lüger” konstruksiyalı tapança və 27 ədəd parton aşkar edilərək götürülüb. E.Useynov ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs tutularaq istintaqa cəlb olunur, araşdırmalar davam etdirilir.

# 2304
avatar

Mehman Nəbiyev

Oxşar yazılar