Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri E.Əliyev və L.Qarinseva saxlanılıblar.
Onlardan 3 kiloqram 10 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.