Bakıda qadının boyunbağını qoparıb qaçdılar
29 sentyabr 2021 12:55 (UTC +04:00)

Bakıda qadının boyunbağını qoparıb qaçdılar

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs sentyabrın 23-də Biləcəri qəsəbəsi Binəqədi şossesində qəsəbə sakini A.Bayramovanın boynundan qızıl boyunbağını soyğunçuluq yolu ilə qoparıb qaçıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini N.Paşayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
 

# 2073
avatar

Mehman Nəbiyev

Oxşar yazılar