Bakıda qadın sürücünü bıçaqla qorxudub pulunu aldı
28 dekabr 2023 13:36 (UTC +04:00)

Bakıda qadın sürücünü bıçaqla qorxudub pulunu aldı

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 26-da Lökbatan qəsəbəsi ərazisində baş verib. “Khazar” markalı avtomobildə olan sərnişinin sürücünü kəsici alətlə hədələyərək pul tələb etməsi barədə polisə məlumat daxil olub.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4614
avatar

Oxşar yazılar