Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlı bıçaqla hədələnərək, mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.