Bakıda lesbiyanların ŞOK CİNAYƏTİ:  evli qadınla yatağa girdilər, şantaj etdilər və...
04 noyabr 2021 20:15 (UTC +04:00)

Bakıda lesbiyanların ŞOK CİNAYƏTİ: evli qadınla yatağa girdilər, şantaj etdilər və...

Bakıda lesbiyanlıq edən qadını rəfiqələri şantaj edib.

Lent.az xəbər verir ki, Bakı şəhər sakini Nurlana rəfiqəsi Firəngizlə (adlar şərtidir) evində görüşərək seksual xarakterli hərəkətlər ediblər. Bundan sonra Firəngiz müxtəlif bəhanələrlə Nurlanadan borc adıyla pul alıb. Daha sonra Firəngizin bacısı Nigar və digər bir rəfiqəsi Afaq (adlar şərtidir) da cinayət əlaqəsinə girərək Nurlananı şantaj etməyə başlayıblar. Belə ki, Nigar və Afaq Nurlanaya bildiriblər ki, onunla Firəngiz arasındakı intim münasibəti kameralarla çəkiblər. Həmin çəkilişi isə onun ailə üzvlərinə göndərməklə hədə-qorxu gəliblər. Nəticədə 6 min manata yaxın pul əldə ediblər.

Hədə-qorxudan bezən Nurlana hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında Firəngiz, Nigar və Afaq həbs edilib.

Onlar barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Firəngiz özünü ittiham üzrə qismən təqsirli bilərək bildirib ki, Nurlananı 2-3 ildir tanıyır:

“2020-ci il avqust ayında Nurlana mənə zəng elədi. Dedi ki, evində təmir gedir və təmizlik işlərinə kömək etmək üçün ona kömək edim. Mən də razılaşaraq onun “Neftçilər” yaxınlığında yerləşən kirayə yaşadığı evə getdim. Nurlana ilə evin təmizlik işlərini görüb bitirdik. Bu zaman onun təkidi ilə aramızda intim münasibət yaşandı. Bundan sonra biz bir neçə dəfə görüşüb intim münasibətdə olduq”.

Qadın qeyd edib ki, bir müddət sonra Nurlanadan borc rul istəyib: “Vəziyyətim ağır idi. Nurlanadan pul istədim, o da sağ olsun, pulu verdi. Mən heç vaxt onu şantaj etməmişəm, pulu qaytaracağımı bildirmişəm. Ola bilər ki, içkili olan zaman bacım Nigarın bizim intim münasibətdə olan zaman videomuzu çəkdiyini və bunun qarşılığında pul tələb etdiyi demişəm. Çünki içkili halda özümdə olmuram. Afaqın da Nurlanaya zəng edib pul tələb etməsindən xəbərim olmayıb. Bacım tərəfindən də heç bir videoçəkiliş aparılmayıb. Etdiyim hərəkətlərdən peşmanam”.

Daha sonra Nigar ifadə verərək ittiham üzrə özünü təqsirli bilməyib:

“Mən Nurlananı bacım Firəngizin rəfiqəsi kimi tanımışam. Onların hansısa intim münasibətindən xəbərsiz olmuşam. Eləcə də, Firəngiz və Nurlanının arasında hər hansı bir intim münasibətin olmasını görməmişəm və belə bir görüntünü qeydə almamışam. Firəngiz mənim adımdan istifadə edərək Nurlanadan pul tələb edib. Bundan da mənim xəbərim olmayıb. Bacımın lesbiyan olduğunu bildirdim və bir neçə dəfə də Nurlanaya xəbərdarlıq etmişdim. Çünki Nurlana ailəli idi, bacımın ona problem olacağını bildirdim. Nurlananı şəxsən heç vaxt şantaj etməmişəm. Sadəcə olaraq bacımın Nurlanaya verdiyi 2 “Samsung” markalı telefon mənə məxsus olub. Ona görə Nurlanaya zəng edərək qaytarmağını istəmişəm. Bundan başqa heç vaxt Nurlanadan hədə-qorxu ilə pul tələb etməmişəm”.

Məhkəmədə danışan Afaq isə özünü qismən təqsirli bilib. O qeyd edib ki, Firəngizi uzun müddətdir tanıyır:

“Firəngiz də mənim kimi cinsi azlıq nümayəndəsidir. Firəngizin Nurlana ilə intim münasibətindən xəbərim var idi. Bu barədə Firəngizin özü mənə məlumat vermişdi. Hətta görüntülərlə ondan pul tələb etdiyini də bildirmişdi. Bir gün Firəngiz mənə Nurlanaya zəng etməyimi xahiş etdi. Bildirdi ki, Nurlanaya yalan deyim ki, Firəngiz bacısı Nigarı döydüyü üçün polis tutub, 4000 manat lazımdır. Hətta onu tapşırdı ki, pulu vermək istəməsə video görüntülərlə onu hədələyim. Nurlana 2 dəfəyə həmin məbləği Firəngizin kartına atdı. Biz Firəngizlə pulu çəkdik və birlikdə ehtiyaclarımızı qarşıladıq. Əməlimdən peşmanam”.

Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilən Nurlana bildirib ki, Firəngizlə 3 il əvvəl sosial şəbəkədə tanış olub: “Ondan sonra münasibətlər yaxınlaşdı, ailəvi gediş-gəlişimiz yanandı. Firəngiz “Neftçilər” metrosunun yaxınlığında yaşayırdı, mən də tez-tez onlara gedib gəldim. 2020-ci ilin avqust ayında Firəngiz mənə zəng edərək yaşadığı evi təmir etdiyinə görə təmizlik işlərinə kömək etmək üçün məni ora dəvət etdi. Mən də köməyə getdim. İşlər bitəndən sonra Firəngiz mənim soyunmağımı istədi. Mən də soyundum, öz xoşumla onunla seksual xarakterli hərəkətlər etdim. Firəngizin lesbiyanka, yəni qadınla seksual xarakterli hərəkətlərlə məşğul olduğunu əvvəldən bilirdim. Bundan təxminən bir neçə gün sonra Firəngiz mənə zəng edərək polisdə işinin olduğunu və bu məqsədlə ona 2000 manat borc pul verməyini xahiş elədi. Mən də ona inandığımdan 2000 manatı kartına göndərdim. Firəngiz pulu yaxın müddətdə qaytaracağını bildirdi. 2020-ci ilin dekabrına qədər münasibətlərimiz yaxşıydı. Amma həmin vaxt Firəngiz və bacısı Nigar müxtəlif bəhanələrlə məndən 8 min manat pul aldılar. Mən pulumu istəyəndə dedi ki, vəziyyəti yaxşı deyil, 2021-ci ilin aprel-may ayında borcunu tam ödəyəcək. Son vaxtlar Firəngiz məndən borc istəsə də, pul verə bilmədim”.

Zərərçəkən qeyd dib ki, Firəngizə pul vermədiyi səbəbindən onun tərəfindən şantaj olunmağa başlayıb:

“Mənə dedi ki, guya ki biz intim münasibət yaşayan zaman bacısı Nigar gizlin videoyumu çəkib. Ona görə də, həmin görüntüləri telefondan sildirmək üçün 2000 manat Niigara pul verməliyik. Pulu vermədiyim təqdirdə görüntüləri ailə üzvlərimə göndərəcəklərini və sosial şəbəkələrdə yayacaqlarını dedi. Mən də qorxuya düşdüm, bankdan 2000 manat kredit götürüb, Firəngizin kartına yolladım. Bundan sonra, 2021 -ci ilin yanvar ayında özünü Firəngizin rəfiqəsi kimi təqdim edən Afaq adlı qız zəng elədi. Telefonda dedi ki, Firəngiz bacısı Nigarı döyüb və polis bu işi bağlamaq üçün 4000 manat istəyir. Əgər pulu verməsən videogörüntüləri ailəmə göndərəcəklər və sosial şəbəkələrdə yayacaqlar. Qorxuya düşdüm. Bazar günü olduğumdan tanışımdan 2000 min manat borc alaraq Zeynəbin kartına göndərdim. Səhəri banka gedib 6000 manat kredit götürdüm. Borc aldığımın tanışımın 2000 manatını qaytardım, 2000 isə əvvəlki kreditimi bağladım. Yerdə qalan 2000 manatı isə yenidən Firəngizin kartına göndərdim”.

Nurlana deyib ki, artıq şantaj olunmaqdan bezib: “Polisə müraciət etməmişdən təxminən 3-4 gün öncə Firəngizin bacısı Nigar zəng elədi. Dedi ki, Firəngin mənə verdiyi iki ədəd “Samsung” telefonu onundur və geri qaytarım. Halbuki, həmin telefonların birini 350 manata, birini də 100 manata Firəngizdən almışdım. Artıq bunların hərəkətlərinə dözə bilmədim və polisə məlumat verdim”.

Zərərçəkən şəxs suallara cavabında qeyd edib ki, həmin görüntüləri görməyib: “Nə qədər onlardan görüntüləri istəsəm də, mənə göndərmədilər. Ümumiyyətlə, həmin görüntünün olub-olmamasından xəbərim yoxdur. Firəngizlə intim münasibətdə olub qurtardıqdan sonra digər otaqdan Nigarın çıxdığını görmüşəm. Nigarın həmin vaxt bizim intim münasibətimizdən xəbərinin olub-olmadığını, eləcə də həmin münasibəti videogörüntü vasitəsi ilə qeydə alıb-almadığını bilmirəm. Təqsirləndirilən şəxslər tərəfindən mənə dəymiş 6000 manat pul ödənilib. Hazırda onlara qarşı şikayət və tələbim yoxdur. Onlarla barışmışam”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər üç şəxs 5 il 6 ay azadlıqdan məhrum edilib. Lakin Firəngiz və Nigarın azyaşlı övladları olduğundan onların təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınıb, Afaqın cəzası isə şərti hesab olunub və ona 1 il sınaq müddəti seçilib.

Hər 3 şəxs məhkəmə zalından azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14841
avatar

Səlcuq Elçin

Oxşar yazılar