Bakıda kütləvi dava ölümlə bitdi: "8 nəfər üzərimə gəldi"
23 iyul 2025 17:52 (UTC +04:00)

Bakıda kütləvi dava ölümlə bitdi: "8 nəfər üzərimə gəldi"

Bakıda kütləvi dava zamanı qətl törətməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hadisə ilə bağlı videogörüntü izlənilib. 

Videogörünütüdə Həsən və dostlarının hansısa istiqamətdə qaçdıqları görünür.

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum olunmasını istəyib.

Zərərçəkən şəxsin hüquqi varisi Həsən Kazımova ən ağır cəzanın verilməsini xahiş edib. 

Təqsirləndirilən şəxsin müdafiəçisi çıxış üçün vaxt istəyib.

Bu səbəbdən proses iyulun 28-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə 2024-cü il noyabrın 16-da, saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb.

Həsən Kazımov ərazidə yerləşən kafeyə daxil olmaq istəyərkən orada dayanıb öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışan Ümid Soltanov, Adil İsmayılov və digərlərinə öz iradını bildirib.

Bu zaman Adil İsmayılov və Ümid Soltanovla mübahisə edərək əlbəyaxa olublar. Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən kəskin qan itirən Ümid Soltanov dünyasını dəyişib.

Həsən Kazımov məhkəmədə ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək baş verən hadisəni 8 nəfərin onun üzərinə gəldiyi üçün törətdiyini deyib. Təqsirləndirilənin vəkili isə öz növbəsində müvəkkilinin ittiham olunduğu maddələrin düzgün tövsif olunmadığını bildirib.

Xatırladaq ki, baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı, 221.3 və 228.4 maddələri ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar

Ata 9 yaşlı qızını boğub   meyitini gölə atdı

Ata 9 yaşlı qızını boğub meyitini gölə atdı

23 iyul 2025 , 16:47
Bakıda quldur dəstəsi  tutuldu

Bakıda quldur dəstəsi tutuldu

23 iyul 2025 , 15:35
Balakəndə kafeyə BASQIN:  qadın sahibkara bıçaq çəkdi

Balakəndə kafeyə BASQIN: qadın sahibkara bıçaq çəkdi

23 iyul 2025 , 13:28
Yemək yeyən arvadını başından vurub öldürdü

Yemək yeyən arvadını başından vurub öldürdü

23 iyul 2025 , 13:10
Azərbaycanda itkin düşən kişinin MEYİTİ TAPILDI

Azərbaycanda itkin düşən kişinin MEYİTİ TAPILDI

23 iyul 2025 , 12:29
Ağsuda kişi qardaşını   bıçaqladı

Ağsuda kişi qardaşını bıçaqladı

23 iyul 2025 , 12:00
Masallıda kişi həmkəndlisini amansızlıqla döydü

Masallıda kişi həmkəndlisini amansızlıqla döydü

23 iyul 2025 , 09:53
Sevgilisini yatdığı yerdə bıçaqlamışdı - HÖKM OXUNDU

Sevgilisini yatdığı yerdə bıçaqlamışdı - HÖKM OXUNDU

22 iyul 2025 , 17:27