Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Tağıyev sentyabrın 5-də 3 nəfərin onu “Jeep” markalı avtomobilə oturdub bıçaqla hədələyərək 289 manat pulunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini A.Mehdiyev, Bakı şəhər sakinləri H.Rəcəbov və Ə.Əliyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.