Bakıda hipermarketdə ölən şəxsin FOTOSU  - YENİLƏNİB
04 mart 2023 14:07 (UTC +04:00)

Bakıda hipermarketdə ölən şəxsin FOTOSU - YENİLƏNİB

Lent.az Bakıda hipermarketdə öldürülən Rüfət Həsənovun fotosunu əldə edib.

Rüfət Həsənov

***
Saat: 13:21

Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən və yaralanan şəxsin adları məlum olub.

Lent.az xəbər verir ki, atışma zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O, başından güllələnib.

Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib. Onlar xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 

1 nəfər hadisə yerində dünyasını dəyişib.

# 7635
avatar

Oxşar yazılar