Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınataya AĞIR CƏZA
20 oktyabr 2021 14:51 (UTC +04:00)

Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınataya AĞIR CƏZA

Bakıda 32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmovun məhkəmə prosesi başa çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İdris Məhərrəmov 18 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.

Hadisəni törədən İ.Məhərrəmov tutularaq istintaqa cəlb edilib.

# 4620
avatar

Oxşar yazılar