Daxili İşlər Nazirliyi dünən Bakıda keçirilən Səbail-Kəpəz oyununun fasiləsində arakeşlər arasında baş verən bıçaqlanma hadisəsinə reaksiya verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-abildirilib ki, bıçaqlanma stadion ərazisində deyil, kənarda qeydə alınıb:
“Oyunun fasiləsində arenadan kənarda bir nəfərin ayaq nahiyyəsindən bıçaq xəsarəti alması ilə bağlı polisə məlumat daxil olub. Araşdırmalarla həmin əməli törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.
Xatırladaq ki, əməliyyat olunan Rahib adlı azarkeşin həyatı üçün təhlükə yoxdur, müalicəsi davam edir.