Bakıda evdən oğurluq edən dəstə üzvü tutuldu
15 oktyabr 2021 18:43 (UTC +04:00)

Bakıda evdən oğurluq edən dəstə üzvü tutuldu

Oktyabrın 11-də rayon ərazisindəki evlərdən birinin həyətindən 8000 manat dəyərində təmir-tikinti alətləri oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsi, 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qrupun digər üzvü Zəngilan rayon sakini B.Hacıyev idarə etdiyi “Hyundai” markalı avtomobillə saxlanılıb. Axtarış zamanı avtomobilin saxlanc yerindən marixuana və metamfetamin aşkar edilərək götürülüb.

# 1587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar