Oktyabrın 17-də Yasamal rayonu ərazisindəki evlərin birindən 500 manat və 4000 dollar oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Şirinov saxlanılıb.