Bakıda evdən 10 kilodan çox narkotik tapıldı
29 yanvar 2021 11:02 (UTC +04:00)

Bakıda evdən 10 kilodan çox narkotik tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı 60 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Qaraçuxur qəsəbəsindəki mənzilinə baxış zamanı isə 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3240
avatar

Mehman Nəbiyev

Oxşar yazılar