Bakıda daha bir QƏTL:  16 yaşlı oğlan öldürüldü
02 oktyabr 2024 16:21 (UTC +04:00)

Bakıda daha bir QƏTL: 16 yaşlı oğlan öldürüldü

Oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Quliyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, dünən axşam saatlarında Sabunçu rayonu ərazisində marketlərdən birinin qarşısında 20 yaşlı Xəyal Nağıyev bıçaqlanıb. O, aldığı xəsarətlərdən bu gün səhər Sabunçu Tibb Mərkəzində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

Oxşar yazılar