Bombardir futbolçunun formasında döşəklər satılır
02 oktyabr 2024 13:03 (UTC +04:00)

Bombardir futbolçunun formasında döşəklər satılır

Almaniyada Harri Keynə olan heyranlıq çılğın həddə çatıb. "Bavariya"nın ingilis hücumçusunu hər an istənilən reklam təzahürlərində görmək olar.

Lent.az xarici mediaya istinadla bildirir ki, yerli LIDL supermarketlərində futbolçunun əlləri belində dayandığı forması ilə döşəklər satılır.

Məhsul endirimlə 17 avroya təklif olunur.

Bu olay isə sosial şəbəkələrdə bəziləri tərəfindən istehza ilə qarşılanıb.

Qeyd edək ki, ingilis futbolçu "Bavariya"nın heyətində 7 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar