Şəmkirdə  kənddə qətl
01 oktyabr 2024 21:28 (UTC +04:00)

Şəmkirdə kənddə qətl

Oktyabrın 1-i saat 21 radələrində Şəmkir rayon Mahmudlu kənd sakini İ. Abdullayevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Abbasov şübhəli şəxs qismində saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar