Direktor məktəbə uğur gətirsin deyə 11 yaşlı şagirdi öldürdü  - ŞOK OLAY
02 oktyabr 2024 15:00 (UTC +04:00)

Direktor məktəbə uğur gətirsin deyə 11 yaşlı şagirdi öldürdü - ŞOK OLAY

Hindistanın Uttar Pradeş ştatında özəl məktəbin rəhbərliyi və müəllimləri şagirdi ritual şəkildə qətlə yetirməkdə günahlandırılıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə sentyabrın 23-də Hatrasda baş verib. Polis ritual qətldə şübhəli bilinərək müəllimləri və özəl məktəbin direktorunu həbs edib. Onlar 11 yaşlı uşağı qaçıraraq məktəblərinə firavanlıq və uğur gətirməli olan “qara sehr” ritualı zamanı öldürüblər.

Uşağın yataqxana otaqlarından birində boğularaq öldürüldüyü iddia edilir. Təhsil müəssisəsinin rəhbərliyi övladlarının guya xəstələnməsini valideynlərə çatdırmaqla cinayəti gizlətməyə çalışıb.

Polis direktoru, onun qohumunu və üç müəllimi həbs edib. İstintaq və axtarışlar zamanı onların üzərindən müxtəlif ritual əşyalar aşkar edilib. Həmçinin məlum olub ki, şübhəlilər əvvəllər də başqa bir tələbəni, doqquz yaşlı uşağı öldürməyə cəhd ediblər. Hazırda özəl məktəb bağlanıb, onun işində çoxsaylı qanun pozuntuları aşkar edilib.

Mərhumun valideynləri təqsirləndirilən şəxsin Hindistanda icazə verilən edam cəzasına məhkum edilməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936
avatar

Oxşar yazılar