Bakıda qadınlara qarşı  dələduzluq edən kişilər tutuldu
02 oktyabr 2024 11:45 (UTC +04:00)

Bakıda qadınlara qarşı dələduzluq edən kişilər tutuldu

Bakıda dələduzluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan qadının 7000 manatını, 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 6350 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Ş.Şahmarov və 26 yaşlı C.Vəliyev müəyyən olunaraq saxlanılıblar. 

Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir qadının 4000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı K.Əyyublu saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar