Bakıda BIÇAQLANMA : Keçmiş məhkumu kürəyindən vurdular
22 fevral 2023 15:58 (UTC +04:00)

Bakıda BIÇAQLANMA: Keçmiş məhkumu kürəyindən vurdular

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Xazmaz rayon sakini Eldar Xurşudov münaqişə zəminində Lənkəran sakini əvvəllər məhkum olunmuş Vəfadar Əzizovu bıçaqlayıb. Kürəyindən və qarın nahiyəsindən bıçaq xəsarəti alan Vəfadar Əzizov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində E.Xurşudov tutulub. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

# 2844
avatar

Fidan İlqar

Oxşar yazılar