Bakıda azyaşlı qıza qarşı  SOYĞUNÇULUQ
30 sentyabr 2021 14:32 (UTC +04:00)

Bakıda azyaşlı qıza qarşı SOYĞUNÇULUQ

Soyğunçuluğa görə tutulan şəxsin digər cinayəti də üzə çıxıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, soyğunçuluq etdiyinə görə tutulmuş N.Paşayevin ətrafında Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri aparıb. 

Nəticədə onun sentyabrın 27-də Biləcəri qəsəbəsi ərazisində bir azyaşlı qıza zor tətbiq edib qızıl sırğasını alması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004
avatar

Mehman Nəbiyev

Oxşar yazılar