Bakıda ailə FACİƏSİ:  kürəkən qayınata və qayınanasını...
20 sentyabr 2021 09:40 (UTC +04:00)

Bakıda ailə FACİƏSİ: kürəkən qayınata və qayınanasını...

Bakıda kürəkən arvadının valideynlərini öldürməyə cəhd edib.

Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 19-u saat 4 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb. Nəticədə M.Babayev və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 3222
avatar

Mehman Nəbiyev

Oxşar yazılar