Azərbaycanlı "Monte Karlo" kafesində QAN TÖKDÜ
13 sentyabr 2023 17:34 (UTC +04:00)

Azərbaycanlı "Monte Karlo" kafesində QAN TÖKDÜ

Sankt-Peterburqun Frunzenski rayonunda “Monte Karlo” kafesinin yaxınlığında dava düşüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, polisə Budapeşt küçəsində bıçaqlanma barədə məlumat daxil olub.

Müəyyən edilib ki, Sankt-Peterburq şəhərinin 31 yaşlı sakini ilə həmyaşıd Azərbaycan vətəndaşı arasında münaqişə baş verib. Nəticədə miqrant rəqibini bıçaqlayaraq qaçıb.

Tezliklə şübhəli şəxs “isti izlər”lə saxlanılıb. Zərərçəkmiş qarın nahiyəsinin kəsici-deşici yarası və 2-ci dərəcəli şokla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3483

Oxşar yazılar