Azərbaycanda toyda döyülən kişi ölüb.
Lent.az xəbər verir ki, hadisə sentyabrın 10-da Göygöl rayonunda qeydə alınıb.
Rayonun Balçılı kəndində yerləşən şadlıq sarayında keçirilən toy məclisində Kərəmli kənd sakini, 1977-ci il təvəllüdlü Ramiz Mübariz oğlu Cəlilov münaqişə zəminində Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Elbəyi Novruz oğlu Nəbiyevi döyüb.
R.Cəlilov saxlanılıb.
Xəstəxanaya yerləşdirilən E.Nəbiyev sentyabrın 17-si saat 11 radələrində orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.