Azərbaycanda ŞOK: dəli dediyi üçün  əmisini bıçaqladı
18 yanvar 2023 09:16 (UTC +04:00)

Azərbaycanda ŞOK: dəli dediyi üçün əmisini bıçaqladı

Saatlıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumaat görə, hadisə Azadkənd kəndində baş verib. Səmədov Sücəddin Arzu oğlu Respublika Psixiatrik xəstəxanasında müalicə kursunu bitirib yaşadığı Azadkənd kəndinə qayıdıb. Burada əmisi Səmədov Cəmaləddin Ağasoltan oğlunun ona “dəli” deməsi səbəbindən əsəbiləşib. Bu səbəblə əmisinə 2 ədəd bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612
avatar

Mehman Nəbiyev

Oxşar yazılar