Saxlanılan şəxslər
22 oktyabr 2021 16:39 (UTC +04:00)

Saxlanılan şəxslər

Azərbaycanda saqqallı oğrudan ŞOK ETİRAF

“Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru, Elşad Hacıyev Lent.az-a bildirib ki, bu sözləri, Astarada oğurluq etdiyi üçün saxlanılan Bəhruz Səmədov deyib:

“Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər, rahat oğurluq edə bilim. Ən böyük qorxum polis idi. Bilirdim ki, izləyirlər məni. Nəhayət faktla tutdular. Əməlimdən peşimanam”.

Polis mayorunun sözlərinə görə, bu sözləri deyən Astara rayonunda fermadan ümumi dəyəri 3800 manat olan texniki avadanlıqları oğurlamaqda şübhəli bilinən Bəhruz Səmədov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, ötən gün saxlanılan daha bir saqqallı Fəqan Məmmədovdur. O, isə Astarada azyaşlı qızın pullarını soyğunçuluqla əlindən alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5565
avatar

Mehman Nəbiyev

Oxşar yazılar