Sumqayıtda güllələnmə hadisəsi olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.