Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Qırmızı Kənd qəsəbəsində qeydə alınıb. 17 yaşlı İsmayılov Alim Yuri oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Alim İsmayılovu tanışı – 9-cu sinif şagirdi, 15 yaşlı Novruzov İsmayıl Ələs oğlu bıçaqlayıb.
İ. Novruzov saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.