Azərbaycanda insan alveri ilə məşğul olan afrikalı HƏBS OLUNDU
09 noyabr 2023 13:24 (UTC +04:00)

Azərbaycanda insan alveri ilə məşğul olan afrikalı HƏBS OLUNDU

Bakıda insan alveri ilə məşğul olan şəxsə hökm oxunub.

Lent.az xəbər verir ki, Nigeriya Federativ Respublikasının vətəndaşı Onyebuchi Sopia Adanın öz həmyerlisi olan qadını aldatma yolu ilə istismar məqsədilə cəlb edib insan alveri cinayəti törətməsi müəyyən olunub. Faktla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Onun törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) maddəsilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Onyebuchi Sopia Adanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4173
avatar

Mehman Nəbiyev

Oxşar yazılar