Şəmkirdə qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 28 yaşlı Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub:
"Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 31 yaşlı Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir".