Azərbaycanda direktor iş otağında  ÖLDÜRÜLDÜ  -  YENİLƏNİB
08 oktyabr 2021 14:41 (UTC +04:00)

Azərbaycanda direktor iş otağında ÖLDÜRÜLDÜ - YENİLƏNİB

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 63 yaşlı Əhmədov Ziyad Ələs oğlunu iş otağında öldürən saxlanılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, qətli törədən şəxs Mirhadi Bağırov saxlanılıb. O, Dövlət Aqrar İnkişaf Mərkəzinində mühasib işləyib və iş mübahisəsi zəminində Z.Əhmədova bıçaqla bir zərbə vuraraq qətlə yetirib.

***

saat 14:23

Goranboyda qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 63 yaşlı Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8133
avatar

Oxşar yazılar