Azərbaycanda 71 yaşlı qadını  evində öldürüb, külli miqdarda pul apardılar
17 fevral 2023 12:36 (UTC +04:00)

Azərbaycanda 71 yaşlı qadını evində öldürüb, külli miqdarda pul apardılar

Lənkəranda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 71 yaşlı Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

# 3672
avatar

Oxşar yazılar