Yanvarın 26-da saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 47 yaşlı Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Atəş Ələkbərov saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.