Azərbaycan polisi sərhədyanı rayonlarda ƏMƏLİYYATLARA BAŞLADI
06 avqust 2025 13:13 (UTC +04:00)

Azərbaycan polisi sərhədyanı rayonlarda ƏMƏLİYYATLARA BAŞLADI

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı rayonlarda əməliyyat tədbirləri intensivləşdirilib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı 50 yaşlı Cəlilabad rayon sakini Elşən Şəmmədov tutulub.

Ondan 30 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar