Atasını öldürən 19 yaşlı gənc:  “Bacıma təcavüz etmişdi...”
08 dekabr 2021 16:01 (UTC +04:00)

Atasını öldürən 19 yaşlı gənc: “Bacıma təcavüz etmişdi...”

Bakıda atasını öldürməkdə təqsirləndirilən 19 yaşlı Cahangir Şükürlünün cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, bu il fevralın 13-ü saat 21 radələrində, Sabunçu rayonunda 50 yaşlı Şükürov Cavanşir Şakir oğlunun üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə tapılıb.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Aparılmış ilkin araşdırmalarla Cavanşir Şükürovun oğlu Cahangir tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

C. Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məhkəmədə 19 yaşlı gənc özünü qismən təqsirli bilib. O bildirib ki, Ağsu rayonunun Qaraqaşlı kəndində anadan olub, ailədə 4 övladdırlar, iki bacısı və bir qardaşı var: “Üçüncü sinfə qədər rayonda, 4-cü sinifdən isə Bakıdakı 215 saylı məktəbdə oxumuşam. Uşaqlıq illərindən etibarən atamla aram olmayıb. Çünki spirtli içki aludəçisi idi. Tez-tez evə gələrək bizi incidirdi, əl qaldırdı. Mən 5-ci sinfidə oxuyanda atam balaca bacım Nigara (ad şərti) təcavüz edib. Atam tez-tez anamı döyürdü. Elə bu səbəbdən anam evdən küsüb nənəmgilə getmişdi. Bacım Nigar həmin vaxtlar evdə olurdu. Atam fürsətdən istifadə edib bacıma qarşı əxlaqsız hərəkət edirdi. Bu barədə biz Ağsu rayon polis şöbəsinə müraciət etmişdik, amma sonradan şikayət ərizəmizi geri götürdük”.

C. Şükürlü qeyd edib ki, təxminən 10 il öncə atası yol-nəqliyyat hadisəsi törədib:

“Həmin hadisə vaxtı İvan adında sərnişin ölmüşdü, buna görə atamı həbs etmişdilər. Bu hadisələrdən sonra məktəbdəki təhsili yarımçıq qoyub işləməyə başladım. Şadlıq saraylarında operator köməkçisi işləyirdim və evdən də çıxıb nənəmin yanında yaşayırdım. Atam azadlığa çıxdıqdan sonra anam onu bağışladı. Atam kirayə ev tutdu. Biz hamımız onun yanına köçdük. Həmin vaxtı bacım Nigar ailə həyatı qurmuşdu. Atam yenə öz əməllərindən əl çəkmirdi. Spirtli içki içib evdə bizi döyürdü. Anam yenə küsüb nənəmgilə getsə də, bir müddət sonra barışaraq evə qayıtdı”. 

Təqsirləndirilən şəxs onu da deyib ki, atası heç zaman onların tərbiyəsilə məşğul olmayıb:

“Bizimlə maraqlanmırdı, qayğı göstərmirdi. Biz böyümüşdük, bacılarım ərə getmişdi, qardaşım da evlənib yoldaşıgilə köçmüşdü. Ağsudakı evi satıb, Balaxanıda ev almışdıq. Amma atam əməllərini davam etdirir, xırda məsələlərə görə evdə dava salır, anamı və məni döyürdü. Cavan yaşlarımdan etibarən işləmişəm, evə pul gətirib ailəmizi dolandırmışam. Atam isə bizim qədrimizi bilməyib. Artıq onun hərəkətləri məni yormağa başlamışdı. Atamın illərlə mənə, ailəmə etdikləri üçün onu cəzalandırmaq niyyətim yaranmışdı. Həm də atamın illər əvvəl bacıma qarşı etdiyi iyrəncliklər yadımdan çıxmırdı. Mən də ona qarşı nifrət var idi. Bu səbəbdən Balaxanıdan mətbəx bıçağı alıb evdə gizlətmişdim. Hər dəfə onu öldürmək  fikrimdən yayınmağa çalışsam da, alınmırdı. Bir gün qardaşım bizdə olan zaman atamla dalaşdı. Əlbəyaxa oldular. Atam qardaşımı polisə verdi. Bizi də evdən qovdu. Artıq onu hərəkətləri məni özümdən çıxartmışdı. Hadisə günü bıçağı götürüb, evimizə getdim. Qapının zəngini çaldım, gözlədim ki, atam çölə çıxsın. Çölə çıxan kimi ilk zərbəni onun boyun nahiyəsindən vurdum. Daha sonra ardıcıl olaraq bıçaqla onun baş, boyun və bədən nahiyələrinə vurmağa davam etdim. Təxminən 5-6 bıçaq zərbəsindən sonra atam huşunu itirərək yerə yıxıldı. Onun öldüyünü görüb hadisə yerindən qaçdım. Bıçağı Balaxanı qəbiristanlığında qəbirlərin birinin arxasında torpaqda gizlətdim. Daha sonra nənəmgilə getdim. Nənəm polisə təslim olmağımı məsləhət gördü. Üstümü dəyişib bacımın evinə getdim. Onunla görüşdüm, hadisəni ona danışdım. Daha sonra könüllü polisə gedib təslim olmaq üçün evdən çıxdım. Yolda polislər məni saxladı. Onlara təslim olmaq üçün gəldiyimi dedim”.

19 yaşlı gənc qeyd edib ki, atası bıçaqlanan zaman ona müqavimət göstərməyib və köməyə heç kəsi çağırmayıb. Atasını öldürməsi ilə bağlı ona heç bir təhrik olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Şükürlü 14 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5286
avatar

Səlcuq Elçin

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45