Ata yeniyetmə qızlarını namus üstündə öldürdü
24 dekabr 2022 19:11 (UTC +04:00)

Ata yeniyetmə qızlarını namus üstündə öldürdü

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə Konya şəhərində Məram qəsəbəsində qeydə alınıb. Suriya mənşəli Yusif Əhməd 12 və 17 yaşlarında olan iki qızını öldürüb.

O, polisə verdiyi ifadəsində, hadisənin namus üstündə olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlcə qızları ilə namus üstündə mübahisə ediblər. Sonra özündə olmayıb və birdən qızlarını öldürdüyünü görüb.

Daha sonra qızlarını öldürən ata polisə gedərək, təslim olub.

Araşdırma aparılır.

# 4122
avatar

Oxşar yazılar