Arvad qayınatasının evində yaşayan ərini GÜLLƏLƏDİ
19 iyul 2025 14:22 (UTC +04:00)

Arvad qayınatasının evində yaşayan ərini GÜLLƏLƏDİ

Türkiyədə qadın narkotik aludəçisi olan ərini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin İzmit qəsəbəsində baş verib.

Naməlum səbəbdən F. Okur və əri 29 yaşlı Şükrü Okur arasında dava düşüb. Bu zaman qadın evdəki tüfənglə ərini güllələyərək öldürüb. Cütlüyün bir övladı varmış.

Hadisə yerinə gələn polislər F. Okuru saxlayıblar.

Məlum olub ki, Şükrü Okur 3 ay əvvəl qayınatasının evinə köçüb və orada yaşayıblar. Həmçinin onun narkotik aludəçisi olduğu, arvadını mütəmadi olaraq döydüyü deyilir. Qətlin də bu səbəbdən baş verdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar