Türkiyədə dünya çempionu Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə “Haberturk TV” məlumat yayıb.
Məlumata görə, hadisə ilə əlaqədar üçü Özbəkistan, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər aeroportda saxlanılıb.
Mediada yayılan məlumatlara əsasən, saxlanılan şəxslərdən birinin kikboks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada hücuma məruz qalıb. O, boynundan və qarnından bıçaqlanıb.