And-aman etdi ki, yıxılmışam... - Polisin şübhələri DOĞRU ÇIXDI
16 oktyabr 2021 14:14 (UTC +04:00)

And-aman etdi ki, yıxılmışam... - Polisin şübhələri DOĞRU ÇIXDI

Bakıda bıçaqlanma olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polsi İdarəsinin 15-ci Polis Bölməsinə oktyabrın 13-də saat 14 radələrində Zabrat qəsəbə sakini N.Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

O, yıxılarkən dəmir parçası batması nəticəsində xəsarət aldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində həmyerlisi, əvvəllər məhkum olunmuş X.Abdullayevin münaqişə zəminində ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Abdullayev saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

# 3291
avatar

Mehman Nəbiyev

Oxşar yazılar