Anasının tanışının öldürdüyü uşaqla bağlı  YENİ XƏBƏR
23 avqust 2021 15:06 (UTC +04:00)

Anasının tanışının öldürdüyü uşaqla bağlı YENİ XƏBƏR

Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb.

Goranboy rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 11 yaşlı Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis Şöbəsində araşdırma aparılıb.

İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədovu anasının tanışı İkram Hüseynov (ad şərtidir) avqustun 13-ü döyüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.

Hazırda faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İkram Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam etdirilir.

# 8079
avatar

Oxşar yazılar