Rusiyanın Leninqrad vilayətində miqrant həmyerlisini armaturla döyərək öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Murino şəhərində baş verib.
Hər ikisi Özbəkistan vətəndaşı olan iki kişi bir-birlərini uşaqlıqdan tanıyırmışlar. Məlumata görə, 41 yaşlı kişi 46 yaşlı dostunun anasını söyüb. O, buna dözməyib və tanışını armaturla vurmağa başlayıb.
46 yaşlı özbəkistanlı saxlanılıb, onun həmyerlisinin meyiti Kuivozovski qəsəbəsində yerləşən Dubki bağçılıq icmasında aşkar edilib. Meyitin üzərində çoxsaylı xəsarətlər olub.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.