Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Qaziantep şəhəri Şahinbəy qəsəbəsində qeydə alınıb. Küçədə insanlar bir qız meyitinin olduğunu görərək, hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları meyitin 6 yaşlı əcnəbi Aya Necimə məxsus olduğunu müəyyən ediblər. Araşdırmalar zamanı məlum olub ki, azyaşlını anası Nuhha Cemmel küçədə boğaraq öldürüb. Həmçinin ananın qızını öldürməyə apardığı görüntülər də üzə çıxıb.
Qadın polisdə ifadə verdikdən sonra həbs edilib.