Ağdamda DƏHŞƏT:  Ata qızını öldürüb həyətdə basdırıb? - YENİLƏNİB
22 fevral 2024 16:45 (UTC +04:00)

Ağdamda DƏHŞƏT: Ata qızını öldürüb həyətdə basdırıb? - YENİLƏNİB

Baş Prokurorluq Ağdamda atanın qızını öldürməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, Ağdam rayon sakini 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsi faktına bütün təfərrüatlar hərtərəfli araşdırılır.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanmaqla istintaq aparılır. 

Media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik.

***

saat 14:00

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb. 

Lent.az xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.

Meyiti axtarılan şəxsin qəsəbə sakini, 1996-cı təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızı olduğu bildirilir.

Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb. 

Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb./APA

***

saat 13:15

Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Verilən məlumata göörə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızı, 2000-ci il təvəllüdlü Nərgiz Nəcəfovanı 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır./APA

Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb - FOTO

# 8247
avatar

Oxşar yazılar