Abşeronda taksi sürücüsü qadına qarşı quldurluq etdi
18 oktyabr 2021 12:41 (UTC +04:00)

Abşeronda taksi sürücüsü qadına qarşı quldurluq etdi

Abşeronda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini Y.Həsənova oktyabrın 16-da saat 1 radələrində Quşçuluq yaşayış sahəsində sərnişin qismində oturduğu avtomobilin sürücüsünün onu bıçaqla hədələyib 47 manat pulunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıb.

# 1062
avatar

Mehman Nəbiyev

Oxşar yazılar