Rusiyada 50 il əvvəl qadını qətlə yetirən kişi saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 1976-cı ildə bir qadın nadir “Fidelite” radiosunun satışı ilə bağlı qəzetdə elan yerləşdirib. Omskdan olan 27 yaşlı gənc cihaza maraq göstərib. Əşyanın dəyəri 500 rubl olub ki, bu da o günlərdə orta əmək haqqı olan 150 rublu xeyli üstələyib.
Kişi əmanət kassasından pulu alandan sonra ertəsi gün alış-verişin pulunu ödəyəcəyinə inandıraraq satıcı qadının yanına gəlib. Lakin sonda pulu ödəmək əvəzinə qadını boğub, radionu və bir neçə başqa əşyanı götürüb. Qətldən sonra qənimətini sataraq şəhəri tərk edib.
Əlavə istintaq tədbirləri və tapılan barmaq izləri təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verənə qədər iş onilliklər ərzində açılmamış qalıb. Məhkəmə zamanı cinayətkarın artıq 76 yaşı olub.