Rusiyanın Moskva vilayətinin Zelenoqrad şəhərində Azərbaycandan olan 20-30 nəfərlik etnik dəstə peyda olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, dəstə üzvləri bir neçə gün ərzində yoldan keçənləri döyüblər. Hadisələr lentə alınıb və Telegram-da yayılıb.
Məlumata görə, dəstə üzvləri yeniyetmələri, böyükləri döyüblər. Pyateroçkada, müştərilərin gözü qarşısında kamuflyajlı kişi döyülüb. Şahidlərin sözlərinə görə, onu döyən də orada işləyirmiş.
Qruplaşmanın iki üzvü Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onlardan biri kamera qarşısında üzr istəyib. Məlumata görə, saxlanılanlardan biri sonradan sərbəst buraxılıb. Yerli media dəstə üzvlərinin mütəşəkkil cinayətkar qrup və kriminal aləmlə əlaqəsi olduğunu qeyd edib.