Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Kahramanmaraşda Elmalar məhəlləsində baş verib. 4 yaşlı Sultan Akgül itkin düşəndən sonra ailəsi polisə xəbər verib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində azyaşlının boğazı kəsilmiş meyiti evlərinin yanındakı samanlıqda tapılıb.
Məlum olub ki, onu əmisi oğlu 14 yaşlı A.A. öldürüb. Buna səbəb isə Sultanın əmisi oğluna daş atması olub.
14 yaşlı oğlan polis tərəfindən saxlanılıb, araşdırma aparılır.